www.science.az
16.10.2014 00:00

AMEA-nın Elm Tarixi İnstitutunun direktoru təyin edildi

AMEA Rəyasət Heyətinin 15 oktyabr 2014-cü il tarixli iclasında tarix üzrə elmlər doktoru Məryəm Seyidbəylinin AMEA-nın Elm Tarixi İnstitutunun direktoru vəzifəsini icra edən təyin olunması haqqında qərar qəbul edilib.

Qeyd edək ki, Elm Tarixi İnstitutu Azərbaycanda elm və texnikanın tarixi, elmşünaslıq, elm tarixinin mənbəşünaslığı, onun təşəkkülü, inkişafı və müasir vəziyyətinin öyrənilməsi, eləcə də elmin metodoloji bazasının təşəkkülü, elmə dair abidələrin aşkarlanması və tədqiqi, elm tarixinin öyrənilməsinin yeni metodlarının inkişafı məqsədilə yaradılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.