Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Elm Tarixi İnstitutunun elmlər doktorları

Seyidbəyli Məryəm Həsən qızı

 

Anadan olduğu yer Azərbaycan Respublikası, Bakı şəhəri 
Təvəllüdü 03.10.1955
Bitirdiyi ali təhsil müəssisəsi Azərbaycan Dövlət Universiteti
Elmi dərəcəsi Tarix elmləri doktoru
Elmi rütbəsi Dosent 
Namizədlik (PhD) dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı

 

07.00.02

Vətən tarixi

"XIII əsrin birinci yarısı - XIV əsrin əvvəllərində Azərbaycanın elmi-mədəni həyatı" (İbn əl-Fuvatinin "Talxis macma al-adəb fi mucam al-alkab" materialları əsasında)

Doktorluq dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı


07.00.02

Vətən tarixi

Rusiya Federasiyasında Azərbaycan diasporunun formalaşması və inkişafı

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

-         xaricdə çıxmış elmi əsərlərinin sayı

-         beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı

71

 

22

 

5
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı  
Kadr hazırlığı:     

-         fəlsəfə doktorlarının sayı

-        elmlər doktorlarının sayı

 

5

Əsas elmi nailiyyətləri

“XIII əsrin birinci yarısı - XIV əsrin əvvəllərində Azərbaycanın elmi-mədəni həyatı(İbn əl-Fuvatinin "Talxis macma al-adəb fi mucam al-alkab" materialları əsasında) /Bakı, 1999/ monoqrafiyası ərəb müəllifi İbn əl-Fuvatinin"Talxis macma al-adəb fi mucam al-alkab" əsərinin orta əsr Azərbaycan mədəniyyətinə dair bir mənbə olaraq tədqiqinə həsr edilmişdir. Burada ilk dəfə olaraq ərəb dilində təqdim olunan çoxlu sayda dəyərli faktlar elmi dövriyyəyə buraxılmışdır.

"Rusiyada Azərbaycan diasporu: formalaşma və inkişaf xüsusiyyətləri və tendensiyaları (1988-2007-ci illər)" /Bakı, “Elm”, 2009/monoqrafiyası etnomədəni öz müqəddəratını təyinetmə konsepsiyası çərçivəsində diaspor fenomeninə həsr edilmişdir. Müəllif, Azərbaycan diasporuna özünüidarəyə can atan etnik kollektiv kimi görür və Rusiyanın müxtəlif regionlarında inkişaf perspektivlərini dəyərləndirir.

M.Seyidbəyli "Rusiyadakı Azərbaycan diasporası: formalaşma və inkişafın xüsusiyyətləri və tendensiyaları" adlı tədqiqatında xronoloji baxımdan genişləndirilmiş, xarici və rus humanitaristlərinin əsərlərində irəli sürülən müddəaların ətraflı təhlili əsasında bir diaspora konsepsiyasının nəzərdən keçirilməsinin bir variantını təklif edir. Müəllif bu fenomenin öz şərhini təqdim edir.

"Azərbaycan diasporu" kitabı /Bakı, 2012/ orta əsrlərdən başlayaraq XX əsrin sonlarına qədər Azərbaycan diasporunun formalaşması və inkişafının ətraflı təsvirini özündə əks etdirən ensiklopedik bir topludur.

AMEA-nın yetmiş illik yubileyinə həsr olunmuş "Milli Elmlər Akademiyası və Azərbaycan elminin inkişafı (1945-1970) sənədlər toplusu" Azərbaycan Respublikası Dövlət Arxivi və Azərbaycan Respublikaı Prezidenti İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin materiallarının tədqqi əsasında yazılmışdır. Əsərdə respublikanın Azərbaycanda elmi bilklərin və  elmi potensialın Azərbaycan SSR EA-nın yaranmasına qədər və sonrakı dövrdəki  (1945-1970) təkamülünün ümumi təhlili verilir. Topluda təqdim olunan arxiv məlumatları AMEA sistemindəki elmi tədqiqat tarixi ilə əlaqəli geniş bir məlumat bazasıdır.

“Azərbaycanın elitası: tarix, real durum və perspektivlər” (rus dilində) //Bakı, 2016/ monoqrafiyasında ilk dəfə olaraq Azərbaycan elitasının inkişafı tarixi sistemli şəkildə vermiş, həmçinin onun ölkə tarixində rolunu təhlil etmişdir. Burada əsas amil tarixi dövr baxımından nəzərdən keçirilən “zaman elitası” konsepsiyasıdır.

"Azərbaycan Diasporu: tarix və müasirlik" kitabı /Bakı, 2016,/ (Azərbaycan dilində) dünyanın müxtəlif bölgələrində yaşayan azərbaycanlılarla bağlı qiymətli məlumat mənbəyidir.

“Azərbaycan multikulturalizmi dərsliyi” Bakı, 2016, 450s. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin hazırladığı bu dərslikdə tarix elmləri doktoru  Məryəm Seyidbəyli-  “Azərbaycanda milli diasporların yanaşı yaşaması multikulturalizmin təzahürü kimi“ ; “Multikulturalizm və milli diaspora: təzahür xüsusiyyətləri“ adlı məqalələrin müəllifi kimi çıxış edir.

“Elmi diaspor”. Bakı, 2017: “Avropa” nəşriyyatı, 200 s. (Azərbaycan dilində) Kitabda dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı alimlər haqqında məlumatlar toplanmışdır. Kitabın ərsəyə gətirilməsində əsas məqsəd oxucunu ölkədən kənarda yaşayan milli elmi elitanın ən görkəmli nüayəndələri ilə tanışlıqdır.

“Elm tarixi: Dünya təşkilatları” Bakı, 2017, “Avropa” nəşriyyatı, 2017 94 s. Təqdim edilən topluda elm tarixi və elmşünaslıq sahəsində fəaliyyət göstərən elmi müəssisələr haqqında məlumat toplanmışdır. Kitab, fəaliyyət tarixi elm və elmşünaslıqla əlaqəli olan müxtəlif institut və şöbələrin kataloqudur. Elmi mərkəzlər müxtəlif elm sahələrində ixtisaslaşmaya uyğun olaraq qruplara bölünür. Elm tarixi və elmşünaslıq sahəsi üzrə əsas institutlar xüsusi qrup kimi ayrılmışdır.

“Azərbaycan Milli Elmlər Akademiyasının prezidentləri, kitab-albom” Bakı: Elm və Təhsil Nəşriyyatı, 2017, 20 s. Kitab-albomda 1945-ci il martın 31-də akademiyanın həqiqi üzvlərinin ilk ümumi iclasında ilk prezident Mir Əsədulla Mirqasımovdan başlayaraq bu günə qədər bütün AMEA Prezidentləri barədə ətraflı məlumat verilib.

«Азербайджанцы» (“Azərbaycanlılar”), Moskva, “Elm” nəşriyyatı, 2017, 708s. "Azərbaycanlılar Azərbaycan Respublikasının hüdudlarından kənarda", bölmələr: "İran azərbaycanlıları", "Gürcüstan azərbaycanlıları". Qafqazın ən qədim və maraq kəsb edən xalqlarından biri olan azərbaycanlıların tarixi-etnoqrafik təsviri verilir.

Azərbaycan diasporu. Transmilli əlaqələr. Bakı, «Avropa» nəşriyyatı, 2018 (Azərbaycan dilində). Kitab diaspor həyatının lobbiçilik, Azərbaycan diasporunun institusionalizasiyası və s. kimi aktual problemlərin araşdırılmasına həsr olunmuş məqalələr toplusudur.

Azərbaycançılıq ideologiyası: ənənə və müasirlik.” Bakı, “Elm və Təhsil”, 2019, 455 s. (Layihə rəhbəri və həmmüəlif) eyniadlı layihə çərçivəsində hazırlanmış eyniadlı kitabda Azərbaycan xalqının siyasi və mənəvi birliyinin, milli dövlətçiliyin əsasını təşkil edən azərbaycançılıq ideologiyasının mənəvi-mədəni kökləri araşdırılıb. Kitab təkamülün əsas mərhələlərini və bu fenomenin müxtəlif aspektlərini araşdırır.

"Azərbaycan tibb tarixinin qaynaqları və tarixşünaslığı" Bakı, “Elm və təhsil” nəşriyyatı, 2019 - 288 s. (həmmüəllifliklə); Azərbaycan tarixşünaslığında və mənbşünaslığında Azərbaycanda tibb tarixinə dair mənbələrin və elmi əsərlərin araşdırılması və ümumiləşdirilməsi təcrübəni təmsil edir.

“Azərbaycan tibbinin korifeyləri” Bakı, “Elm və təhsil” nəşriyyatı, 2020, 601 s.;  Kitab Azərbaycanın görkəmli tibb alimlərinin, Azərbaycan təbabətinin qüruru olan novatorların, AMEA-nın həqiqi və ya müxbir üzvü olmuş və hazırda fəaliyyət göstərən üzvlərnin həyat və fəaliyətinə həsr edilmişdir.

Eyni zamanda AMEA rəhbərliyinin redaktəsi və Məryəm Seyidbəylinin həmmüəllifliyi ilə təbiətşünaslığın tarixinə dair oçerklər hazırlanıb.  Bu oçerklər Azərbaycanda təbiət elmlərinin formalaşması və inkişafı, habelə bu bilik sahəsinin geniş oxucu kütləsi arasında populyarlaşdırılmasına tarixi baxışdır.

Seriya 5 kitabdan ibarətdir:

1.Coğrafiyanın tarixinə dair oçerk, Bakı,“Elm”nəşriyyatı, 2018,112s.

2.Astranomiyanın tarixinə dair oçerk, Bakı, “Elm” nəşriyyatı, 2018,140s.

3. Biologiyanın tarixinə dair oçerk, Bakı, “Elm” nəşriyyatı, 2018,168s.

4.Kimyanın tarixinə dair oçerk, Bakı, “Elm” nəşriyyatı, 2018, 152s.

5.Fizikanın tarixinə dair oçerk. Bakı, “Elm” nəşriyyatı, 2018, 216s.

 

Elmi əsərlərinin adları

1."XIII əsrin birinci yarısı - XIV əsrin əvvəllərində Azərbaycanın elmi-mədəni həyatı (İbn əl-Fuvatinin "Talxis macma al-adəb fi mucam al-alkab" materialları əsasında)". Bakı, 1999.

2. "Rusiyada Azərbaycan diasporu: formalaşma və inkişaf xüsusiyyətləri və tendensiyaları 1988-2007 "  Bakı, Elm, 2009.

3. "Rusiyada Azərbaycan diasporu: formalaşma və inkişaf xüsusiyyətləri və tendensiyaları (ikinci tamamlanmış nəşri)"  Bakı, 2011.

4. "Azərbaycan diasporu". Bakı, 2012.

5.“Azərbaycan multikulturalizmi” (ali məktəblər üçün dərslik)  Bakı 2012.

6. Azərbaycan Respublikasının tarixi. "Heydər Əliyev" (II cild), (toplu), Bakı 2013.

7. "Milli Elmlər Akademiyasının sənədlər toplusu(1945-1970). Elm vəAzərbaycan elminin inkişafı, Bakı, 2015.

8. “Azərbaycanın elitası: tarix, real durum və perspektivlər” (rus dilində) Bakı, 2016.

9. “Elm Tarixi: Dünya təşkilatları” Bakı, 2017.

10. “Azərbaycan Milli Elmlər Akademiyasının Prezidentləri” Bakı, 2017.

11. “Azərbaycanın elmi diasporu” Bakı 2017.

12.«Азербайджанцы» (“Azərbaycanlılar”) Moskva, “Elm” nəşriyyatı, 2017, 708s. Fəsil 11 "Azərbaycanlılar Azərbaycan Respublikasının hüdudlarından kənarda", bölmələr: "İran azərbaycanlıları", "Gürcüstan azərbaycanlıları".

13. Azərbaycan diasporu. Transmilli əlaqələr. Bakı, «Avropa» nəşriyyatı, 2018 (Azərbaycan dilində).

14. Coğrafiyanın tarixinə dair oçerk, Bakı,“Elm”nəşriyyatı, 2018,112s.

15. Astranomiyanın tarixinə dair oçerk, Bakı, “Elm” nəşriyyatı, 2018,140s.

16. Biologiyanın tarixinə dair oçerk, Bakı, “Elm” nəşriyyatı, 2018,168s.

17. Kimyanın tarixinə dair oçerk, Bakı, “Elm” nəşriyyatı, 2018, 152s.

18. Fizikanın tarixinə dair oçerk. Bakı, “Elm” nəşriyyatı, 2018, 216s.

19. “Azərbaycançılıq ideologiyası: ənənə və müasirlik.” Bakı, Elm və Təhsil, 2019, 455s. (Layihə rəhbəri və həmmüəlif)

20. “Azərbaycan tibb tarixinin qaynaqları və tarixşünaslığı”, Bakı,2019, 225s. (həmmüəlif)

21. “Azərbaycan Tibb elminin korifeyləri”, Bakı, 2019,s.500. (Layihə rəhbəri və həmmüəlif)

22. “Azərbaycan Elmi Sovet dönəmi və İKP MK-nin qərarlarında (1920-1991)”, Bakı, 2019, 680s. (Layihə rəhbəri)  (Çapdadır)

Ölkədə və xaricdə dərc olunan məqalələr

1.Миграционные процессы – результат формирования азербайджанской диаспоры// Гiлея Науковий вiсник Нацiональный педагогiчний универсiтет iменi М.Г.Драгоманова. Украiнска Академiя Наук. Выпуск 60 (№ 4), Киев, 2012. (на русском языке)

2.Heydər Əliyev və Azərbaycan Respublikası diasporunun formalaşması//“Heydər Əliyev”. II cildlik fundamental akademik araşdırma, 2-ci cild. Bakı: Turxan, 2013  (на азербайджанском языке)

3.Dehli-Hindistan processes and formation of the Azerbaijan Diaspora// III uluslararası türk sanatları tarixi və folkloru konqresi / Sanat etkinlikleri

4.Azərbaycan xalqına qarşı ermənilərin törətdikləri soyqırım cinayətlərinin ifşasında Azərbaycan diasporunun rolu//“Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” / Azərbaycan MEA Rəyasət Heyəti, A.A.Bakıxanov adına Tarix İnstitutu T.C.Atatürk Araşdırma Mərkəzi, Quba rayon İcra Hakimiyyəti. II Beynəlxalq elmi konfransın materialları. Bakı: AMEA Tarix İnstitutu

5.Бакинская нефть – исторические события и факты. Конец XIX –начало ХХ вв.// «История и педагогика естествознания» // № 1, Москва 2015, ISSN 2226-2296

6.Azərbaycan diasporunun formalaşdırılması siyasəti// Azərbaycan Respublikasının Tarixi (1991-2003) 1-ci cild. Heydər Əliyev dövrü. Bakı 2016

7.Xaricdə yaşayan azərbaycanlılarla mənəvi birliyin möhkəmləndirilməsi// Azərbaycan Respublikasının Tarixi (1991-2003) 2-ci cild. İlham Əliyev dövrü. Bakı: 2016

8.Научная диаспора – как стратегический ресурс азербайджанской науки// AMEA-nın “Xəbərlər”i. Tarix, fəlsəfə, hüquq // №1, 2014

9.Samookreslenie diaspor na podstawie tozsamosci etnicznej (na przykladzie polskiej diaspory wAzerbejdzanie i azerbejdzanskiej diaspory w Polsce) – на польском языке// Moterialy III Konferecji Naukowej Azerbejdzan –Polska Warszaqa 12 grudnia 2014 rolu

10.Роль Насир ад-Дина ат-Туси в истории науки//«Общие проблемы развития науки и техники» // Годичная научная конференция. Институт истории естествознания и техники им С.И.Вавилова. Том 1, 2015

11.Национальная академия наук Азербайджана в истории развития отечественной науки//«Взаимодействие правительств и национальных научных обществ с международными организациями в целях развития и применения научных знаний» / Материалы международного симпозиума г. Киев, 19-20 октября, 2016 г.

12.From the History of Multicultural Traditions in Azerbaijan// Cultural and Social History (Cult Soc Hist). Publisher: Social History Society of the UK, Bloomsbury Publishing. Vol. 14, Issue 2-3, 2017 UK

13.Вклад советских ученых в азербайджанскую науку в исторической ретроспективе // Институт истории естествознания и техники им. С.И.Вавилова. Годичная научная конференция, посвященная 85-летию ИИЕТ РАН, 2017. М. Янус-К, 2017, 720 с.

14.Миграция интеллектуального капитала Азербайджана// Международные и национальные научные организации как фактор формирования глобального научного сообщества (Киев, 15–17 мая 2017 г.). – Киев: «Наш формат», 2017. 504 с

15.История становления и развития образовательной системы  в Азербайджане в период российской империи// Проблемы деятельности ученого и научных коллективов,  Институт истории естествознания и техники им. С.И. Вавилова РАН (Санкт-Петербург) Номер: 2 (32) Год: 2016

16.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tolerantlıq siyasəti//"Dövlət və Din" jurnalı № 05 (52) SENTYABR-OKTYABR 2017

17.Теория нелинейной логики Лютфизаде// Институт Истории Естествознания и Техники им. С.И.Вавилова. Годичная научная конференция ИИЕТ РАН, Москва. М. Янус-К, 2018, 758 с.

18.Scientific activity of Nasir al-Din al-Tusi in historical retrospect// Univ.of Warsaw Ins/ of Papyrology and Ancient Law The journal of Juristic Papyrology. Ed. By Tomasz Derda// VOL/XXXXVIII, Special İssue3 , 2018

19.Страницы истории образования в период Азербайджанской Демократической Республики// XXVII Киевский Международный симпозиум по науковедению и истории науки // Институт исследований научно-технического потенциала и истории науки им.Г.М.Доброва НАН Украины, Киев, 2018

20.Международные коллаборации научных организаций как элемент, объединяющий интеллектуальные ресурсы// Наука и техника: Вопросы истории и теории // Материалы XXXIX Международной годичной конференции Санкт-Петербургского отделения Российского национального комитета по истории и философии науки и техники РАН (выпуск XXXIV), Санкт-Петербург, 2018

21.Институционализация истории науки в Азербайджане// Институт Истории Естествознания и Техники им.С.И.Вавилова РАН (годичная научная конфренция), 2019 – 787 с. 30 марта-3 апреля

22.История науки в контексте методологии// Azərb.Milli Elmlər Akademiyasının XƏBƏRLƏR MƏCMUƏSİ, cild 6, № 1, mart, 2019

23.“Risala At-Tibb” (A Treatise On The Medicine) Of Nasir Ad-Din At-Tusi// ESHS Bologna 2020 / 9th Conference of the European Society for the history of Science. / Visual, Material and Sensory Cultures of Science / Bologna (İtaly), 31 August-3 September 2020 

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü 

BEAA (Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyası) üzvü

Ukrayna Milli Elmlər Akademiyasının beynəlxalq elmi jurnalı "Elm və elmşünaslıq",  redaksiya heyətinin üzvü
Pedaqoji fəaliyyəti  
Digər fəaliyyəti  Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Beynəlxalq Əlaqələr Komissiyasının Sərdi
Təltif və mükafatları

“XIII əsrin birinci yarısı - XIV əsrin əvvəllərində Azərbaycanın elmi və mədəni həyatı. (İbn əl-Fuvatinin "Talxis macma al-adəb fi mucam al-alkab" materialları əsasında), Bakı, 1999, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti tərəfindən "İlin ən yaxşı kitabı" olaraq mükafatlandırıldı.

"Rusiyada Azərbaycan diasporu: formalaşma və inkişafın xüsusiyyətləri və tendensiyaları (1988-2007-cu illər)" adlı monoqrafiyasına görə 2010-cu il noyabrın 25-də Moskvada "Nauçnaya kniqa" müsabiqəsinin "Ən yaxşı elmi kitab" layihəsi çərçivəsində Diplom ilə təltif edilmişdir.

"Rusiyada Azərbaycan diasporu: formalaşma, inkişaf xüsusiyyətləri və ənənələr (1988-2010-cu illər)" monoqrafiyasına görə "Humay" Milli mükafatı (27 aprel 2011-ci il)

“Azərbaycan diasporu” ensiklopedik toplusuna görə Mükafat (Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsi 5 iyun 2012-ci il)

Azərbaycan Respublikasında gənc nəslin inkişafında göstərdiyi xidmətlərə görə Fəxri fərman (Azərbaycan Respublikası “Həmrəy” Gənclərin Təhsilinə Dəstək İctimai Birliyi, Bakı -2014).

AMEA-nın 70 illiyi ilə əlaqədar olaraq A.A.Bakıxanov adına Tarix İnstitutunun Fəxri fərmanı təltif edilmişdir  (13 dekabr 2015-ci il).

Rusyia Elmlər Akademiyası S. İ. Vavilov adına Təbiətşünaslıq və Texnika Elmləri Tarixi institutunun “Elmin və texnikanın tarixinə töhfəyə görə” fəxri döş nişanı təqdim olunmuşdur.

Azərbaycan Kütləvi İnformasiya İşçiləri Həmkarlar İttifaqının keçirdiyi sorğu nəticəsində medianın “İl ziyalılarının nüfuzlu nümayəndəsi” adlı Ali mükafatı ilə təltif edilmişdir.

Ukrayna Elmlər Akademiyasının 100 illiyi medalına layiq görülmüşdür.

Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.

Əsas iş yeri və ünvanı AMEA , AZ1143, H.Cavid pr.,115, 2-ci mərtəbə
Vəzifəsi  
Xidməti tel. (+994 12) 5395135
Mobil tel. (+994 50) 2128796 
Ev tel.  
Faks (+994 12) 5395134
Elektron poçtu mseyidbeyli@mail.com